...

Azərbaycanda "Molla Nəsrəddin" adlı Beynəlxalq Karikatura Müsabiqəsinə hazırlıq işləri gedir

Cəmiyyət Materials 30 Noyabr 2007 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Azərbaycanda Karikaturaçılar İttifaqı "Molla Nəsrəddin" adlı Beynəlxalq Müsabiqəyə hazırlaşır. Bu haqda TrendLife-a Karikaturaçılar İttifaqının sədri Bayram Hacızadə xəbər verib. Adıçəkilən tədbir Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Karikaturaçılar Federasiyası tərəfindən təşkil olunacaq. Müsabiqənin nəticələri 2008-ci il aprelin 7-də məlum olacaq. Xatırladaq ki, həmin tarixdə "Molla Nəsrəddin" jurnalının ad günüdür. Keçiriləcək tədbirin əsas məqsədi isə Azərbaycan karikaturasını xaricdə təbliğ etməkdir.

Xəbər lenti

Xəbər lenti