...

Müğənni Elnur Quliyevin toyunda dava düşüb

Cəmiyyət Materials 30 Noyabr 2007 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr /müx. TrendLife Cavid Osmanov/

Dünən paytaxt şadlıq evlərinin birində müğənni Elnur Quliyevin toyu olub. Ramiz Novruzov, Yaşar Nuri, Telman Adıgözəlov, Roya, Nüşabə Ələsgərli, Elariz Məmmədoğlu, mayestro Ceyhun, Lalə Məmmədova və başqa tanınmışların iştirak etdiyi mərasim digər toylardan fərqlənməyib. Müşahidələrimizə əsasən deyə bilərik ki, Elnur və həyat yoldaşı Aytac xanım o qədər şənləndilər ki, hərdən gəlin və bəy olduqlarını unudurdular. Toyun sonunda isə, qalmaqal düşüb. Hətta qarışıqlıqdaTT markalı tapanaça görənlər də olub. Xoşbəxtlikdən, hər şey sakitliklə başa çatıb.

Xəbər lenti

Xəbər lenti