...

Qrossmeyster Şəhriyar Məmmədyarov oyun üsulundan imtina etmək niyyətində deyil

Cəmiyyət Materials 3 Dekabr 2007 17:20 (UTC +04:00)
Qrossmeyster Şəhriyar Məmmədyarov oyun üsulundan imtina etmək niyyətində deyil

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/"Mən oyun üslubumdan imtina etmək niyyətində deyiləm". Bu barədə Trend ə Xantı - Mansiyskdə, Dünya Kubokunun1/16 mərhələsində öz çıxışını bitirmiş azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov məlumat verib. Bəzi mütəxəssislərin rəyinə görə, şahmatçı risk təhlükəsilə oynayır. Şəhriyar məhz bu üsulun ona uğur gətirdiyini qeyd edib. "Bəzən bu üsul özünə bəraət qazandırır və mən oyun üsulumdan imtina etmək niyyətində deyiləm. Ola bilsin ki, 45 -50 yaşımda mən bu üsulu dəyişəcəuəm" - qrossmeyster zarafat edib. 1/16 final çərçivəsində, bolqar İvan Çeparinova qarşı oyunun nəticələrinə yekun vuraraq, o qeyd edib ki, bu oyunda çoxlu səhvlər edib. "Birinci oyund mən mürgülədim, ikincidə isə, ümumiyyətlə, üç qeyri - dəqiq gediş etdim. Bu səbəbdən, mən qələbəyə ümid edə bilməzdim" - şahmatçı bildirib.

Xəbər lenti

Xəbər lenti