...

Nyu-Yorkda Emma Ələkbərzadəyə şeir həsr ediblər

Cəmiyyət Materials 3 Dekabr 2007 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /müx. TrendLife Cavid Osmanov/

Xəbər verdiyimiz kimi, Emma Ələkbərzadə ABŞ-dadır. Müğənni okeanın o tayına "DAVİDZON Radio"nun yubileyində çıxış etmək üçün gedib. E. Ələkbərzadənin TrendLife-a verdiyi məlumata görə, yubiley Nyu-York şəhərindəki elitar restoranlardan birində keçirilib. Müğənnin sözlərinə görə, restorana şəhərin tanınmış müğənniləri dəvət olunub.

-Bu çox gözəl idi. Tanınmış insanlara müxtəlif mükafatlar təqdim olunurdu. Mənə isə, skripka açarlı kiçik heykəl hədiyyə etdilər. Bundan əlavə, şair Aleks Liben mənə şeir də həsr etdi.

-Sizcə Azərbaycan radiosunu Amerika radiosu ilə müqayisə etmək olar?

-Bircə onu deyə bilərəm ki, biz çox şeyi öyrənməliyik. Nyu-Yorkda hər şey başqa cürdür. Mənə elə gəlir ki, onların tərcrübəsindən istifadə etməyin vaxtı çatıb.

Xəbər lenti

Xəbər lenti