...

Azərbaycanlı zəvvarların birinci qrupu həcc ziyarətinə yola düşəcək

Cəmiyyət Materials 4 Dekabr 2007 01:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Azərbaycan zəvvarlarının birinci qrupu İslamın buyurduğu əsas şərtlərdən beşinci və sonuncusu olan Məkkəyə (Səudiyyə Ərəbistanı) həcc ziyarəti etmək üçün bu gecə 35 avtobusla Səudiyyə Ərəbistanına yola düşəcək.

Bazar ertəsi Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumatda bildirilir ki, avtobus marşrutları dəyişməz qalır- İran-Türkiyə-Suriya-İordaniya-Səudiyyə Ərəbistanı.

QMİ nümayəndəsinin sözlərinə görə, yolda zəvvarların müsəlman aləmində müqəddəs hesab olunan yerləri ziyarət etmək imkanları olacaq.

Həcc ziyarətini quru yolunu seçən zəvvarların ikinci qrupu isə, dekabrın 5-də yola düşəcək.

Bu il Azərbaycandan 6 min zəvvar həcc ziyarətinə gedəcək. Artıq QMİ tərəfindən ayrılmış 4500 yerlik kvota dolub, qalan yerlər həcc ziyarətinin təşkili ilə məşğul olan özəl turist şirkətləri tərəfindən tutulub.

Təyyarələr Bakı-Ciddə marşrutu ilə hərəkət edəcək, zəvvarlar Ciddədən avtobuslarla Məkkəyə yola düşəcəklər. Geri qayıdanda, əvvəlki illərdə olduğu kimi, Bakıya Ciddədən deyil, Mədinədən yola düşəcəklər.

Xəbər lenti

Xəbər lenti