...

Madrid 2016-cı il olimpiya oyunlarına ev sahibliyi etmək hüququ uğrunda Bakı ilə mübarizədə BOK-un fəxri prezidentinin dəstəyini qazanıb

Cəmiyyət Materials 4 Dekabr 2007 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Beynəlxalq Olimpiya Komitəsinin (BOK) fəxri prezidenti markiz Xuan Antonio Samaranç 2016-cı il oOlimpiya oyunlarına ev sahibliyi etmək uğrunda Bakının da ərizə verdiyi mübarizədə Madridin əsas ümididir. Trend -in allsport.ru - ya əsasən verdiyi məlumata görə, BOK-un keçmiş rəhbəri Pekin Olimpiadasının təşkilatçılarından dördilliyin əsas yarışmasının keçirilməsində Madridin ərizəsini dəstəkləməyi xahiş edib. "Madrid 2016-cı ilin olimpiya oyunlarını keçirməyi arzulayır. Və biz ümid edirik ki, çinli dostlarımız 2008-ci il Pekin Olimpiadasının təşkil olunmasında onlara kömək etdiyimiz kimi, bizə kömək edəcəklər" - Madriddə keçirilən illik "İspaniya-Çin" forumunda ispan nümayəndə heyətinin rəhbəri statusunda çıxış edən Xuan Antonio Samaranç bildirib. Diqqətəlayiqdir ki, 2001-ci ildə BOK-un Moskvada keçirilən 112-ci iclasında 2008-ci il olimpiya oyunlarının paytaxtı favorit hesab olunan Paris deyil, Pekin seçilib. BOK-un prezidenti kimi Xuan Antonio Samaranç üçün bu iclas axırıncı olub. Təsdiq olunmayan rəsmi məlumata əsasən, o, öz həmkarlarına olimpiya oyunlarınının Çində keçirilməsi barəsində arzusunu həyata keçirmək üçün Pekinin namizədliyinə səs vermək xahişi ilə müraciət edib.

Xəbər lenti

Xəbər lenti