...

Azərbaycan yığmasının aparıcı voleyboçusu bir aylığa oyu4ndan uzaqlaşıb

Cəmiyyət Materials 13 Dekabr 2007 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/Azərbaycan yığmasının aparıcı voleybolçusu Natalya Məmmədova ilin sonunadək oyundan uzaqlaşıb.

Trend in verdiyi məlumata görə, İsveçrə "Volero"sunda çıxış edən idmançı topuğundan zədə alıb və Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunu məcburi olaraq buraxmalı olacaq. Onun sağalması bir aya çəkə bilər. Bundan sonra idmançı yenidən məşqlərə qatıla bilər. Buna baxmayaraq, Məmmədovanın yoxluğu hiss olunmaycaq. Belə ki, isveçrəlilər Avrokubokda inamlı çıxış edirlər və pleyy-offa çıxışın bir addımlığındadırlar.

Diqqətəlayiqdir ki, əvvəllər "AzərReyl"də çıxış edən Məmmədova"Volero"ya icarəyə verildi və komandasının İsveçrə çempionu olmasına yardımçı oldu. Bundan sonra o, bu komanda ilə uzunmüddətli müqaviləyə imza atdı.

Xəbər lenti

Xəbər lenti