...

Azərbaycan Səhiyyə Nazirliyi işindəki nöqsanlara görə daha 3 apteki bağlayıb

Cəmiyyət Materials 13 Dekabr 2007 20:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Son üç ay ərzində lazımi lisenziyası olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə qarşı 75 protokol tərtib edilib. Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbər görə, bu şəxslər cərimə edilib və onların barəsində müvafiq qərarlar qəbul edilib. İşindəki nöqsanlara görə, 3 aptek müəssisəsinin və qeyri-qanuni olaraq xalq təbabəti ilə məşğul olan bir müəssisənin lisenziyaları geri alınıb. Bundan əlavə, bu yaxınlarda Səhiyyə Nazirliyinin qərarı ilə iki özəl klinika-ABU Göz və ABU Endo-nun lisenziyaları ləğv edilib. OFKO tibb müəssisəsinin lisenziyası dayandırılıb. Ortoped və Kebire Tibb Merkezi tibb müəssisələrinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Leyla Şıxlinskaya klinikasına isə, xəbərdarlıq edilib. Səbəb standartlara uyğunsuzluqdur. Səhiyyə Nazirliyinin rəhbəri Oqtay Şirəliyevin əvvəllər verdiyi məlumata görə, yoxlamalar daimi olaraq bütün dövlət və özəl müəssisələrdə aparılır.

Xəbər lenti

Xəbər lenti