...

AŞPA-nın Hüquqi məsələlər və insan haqları üzrə komissiyası Azərbaycanda insan haqlarının vəziyyətinə dair bəyannamə qəbul edib

Cəmiyyət Materials 14 Dekabr 2007 13:40 (UTC +04:00)
AŞPA-nın Hüquqi məsələlər və insan haqları üzrə komissiyası Azərbaycanda insan haqlarının vəziyyətinə dair bəyannamə qəbul edib

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova / AŞPA-nın Hüquqi məsələlər və insan haqları üzrə komissiyası Azərbaycanda insan haqlarının vəziyyətinə dair bəyannamə qəbul edib. Bu barədə cümə günü AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmmərüzəçisi Andres Herkel telefonla Trend ə verdiyi müsahibəsində bildirib.

Həmməruzəçi sənədin məzmunu barədə məlumat verməyib.

"AŞPA-nın hüquqi məsələləri üzrə komitəsinin dünən keçirilən iclasının yekunu olaraq Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair bəyannamə qəbul olunub" - deyə Herkel bildirib.

AŞPA-nın həmməruzəçisi Venesiya Komissiyasının 73-cü iclasında iştirak edir. Tədbir zamanı Azərbaycanda siyasi məhbuslar kimi qiymətləndirilən şəxslər və həbs olunmuş jurnalistlərə dair məsələ müzakirə olunub. Xüsusilə "Azadlıq" radiosunun müxbiri İlqar Nəsibovun və digər jurnalistlərin həbsi müzakirə olunub.

"Azadlıq" radiosunun əməkdaşı Nəsibov üç aylıq müddətə azadlıqdan məhrum edilib. Dekabrın 4-də Naxçıvan şəhərinin polis idarəsinin rəisi Səbuhi Novruzov və "Azadlıq" radiosunun əməkdaşı Nəsibov arasında razılığın əldə olunmasına baxmayaraq, iddia geri götürülüb və Nəsibov yenidən məhkəməyə çağırılıb. Naxçıvan şəhər Polis İdarəsinin rəhbəri bu barışıqla razılaşmayıb və işə baxılmanın davam etdirilməsini tələb edib. Hakim jurnalisti vəkillə təmin etmədən və öz fikrini bildirmək imkanı yaratmadan üç ay müddətində azadlıqdan məhrum edib.

Azərbaycanda səkkiz jurnalist cinayət məsuliyyətinə cəlb olunub.

"Müxalifət" qəzetinin baş redaktoru və əməkdaşı Rövşən Kəbirli və Yaşar Ağazadə, "Nota-bene" qəzetinin əməkdaşı Fərəməz Allahverdiyev, "Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev təhqir və böhtanda ittiham olunaraq iki il altı ay müddətinə azadlıqdan məhrum ediliblər.

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov dələduzluqda, sağlamlığa qəsdən zərər vurmaqda, həmin qəzetin əməkdaşı Sakit Zahidov narkotik vasitələrin qanunsuz olaraq saxlanılmasında, "Sənət" qəzetinin baş redaktoru Samir Səadətoğlu və həmin qəzetin əməkdaşı Tofiq Tağı irqi, milli, sosial, dini nifət və ədavətin qazışdırılmasında ittiham olunurlar.

Herkel qeyd edib ki, iclas zamanı siyasi məhbus məsələsi və bu məsələ ilə bağlı Azərbaycana xüsusi məruzəçinin təyin edilməsi də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti