...

Gəncədə aztəminatlı ailələrə pulsuz qurban əti paylanılıb

Cəmiyyət Materials 20 Dekabr 2007 13:24 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V. Məmmədov/ Gəncədə 1000-ə yaxın aztəminatlı ailəyə pulsuz qurban əti paylanılıb. Bu məqsədlə şəhər rəhbərliyi tərəfindən 600 qurban kəsilib.

İslamda cəmi iki bayram - eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və eydül-fitrə (Orucluq bayramı - kiçik bayram) qanuniləşdirilib. Qurban bayramı, ən vacib fərzlərdən biri kimi, İslamın tələbidir.

Bu bayram müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.

Gəncə şəhər İcra Hakimiyyəti, Kəpəz və Nizami rayon bələdiyyələri tərəfindən mərkəzləşdirilmiş şəkildə qurbanlar kəsilib və 8 yaşayış massivində yaşayan aztəminatlı ailələrə paylanılıb.

Kəsilmiş qurbanlıqlar şəhərin Poçt qəsəbəsində, İnşaatçılar Mədəniyyət sarayının qarşısında, Mahrasa Bağı, Yeni Gəncə, həmçinin, Hacıkənddə Xocalı qaçqınlarının məskunlaşdıqları yaşayış massivində paylanılıb.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti