...

Müğənni Zülfiyyə Xanbabayeva KİV-dən inciyib?

Cəmiyyət Materials 24 Dekabr 2007 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr /müx. TrendLife Günel Əhmədova/

Bir müddət öncə paytaxt restoranlarının birində müğənni Zülfiyyə Xanbabayeva ailəsi ilə birlikdə ziyafət təşkil edib. Oktyabr ayında ilk qız övladını dünyaya gətirən müğənni adət-ənənəyə uyğun olaraq Dənizin 40-cı gününün tamamını yaxın sənət dostlarının əhatəsində qeyd edib. Mərasim müsəlmanların müqəddəs Qurban bayramı ilə üst-üstə düşdüyündən müğənninin bu addımı birmənalı qarşılanmayıb. Xatırladaq ki, məclisdə iştirak edənlərin əksəriyyəti spirtli içkilər qəbul etmişdilər.

Səhəri gün məclislərin birində Zülfiyyə xanıma yaxınlaşan TrendLife-ın müxbiri onun məsələyə münasibətini öyrənmək istədi. Lakin əməkdar artist bir müddət KİV-ə müsahibə verməyəcəyini bəyan edib: "Xahiş edirəm Yeni ilə kimi məndən heç nə soruşmayın. Müsabihə vermək əhval-ruiyyəsində deyiləm".

Xəbər lenti

Xəbər lenti