...

Adları əfv fərmanına düşməyən jurnalistlərin azadlığa çıxması üçün hakimiyyət ilə danışıqlara başlanacaq - Azərbaycan Mətbuat Şurasının sədri

Cəmiyyət Materials 29 Dekabr 2007 11:46 (UTC +04:00)
Adları əfv fərmanına düşməyən jurnalistlərin azadlığa çıxması üçün hakimiyyət ilə danışıqlara başlanacaq - Azərbaycan Mətbuat Şurasının sədri

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycan Mətbuat Şurası adları prezidentin son əfv fərmanına düşməyən jurnalistlərin azadlığa çıxması üçün hakimiyyət ilə danışıqlara başlayacaq. "Həbsdə olan digər jurnalistlərin azadlığa çıxması üçün işlərimizi davam etdirəcəyik" şənbə günü Trend ə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Prezident İlham Əliyevin cümə günü imzaladığı əfv fərmanında həbsdə olan 8 jurnalistdən 5-i azadlığa buraxılıb. Əfv fərmanına düşməyən jurnalistlər terrorçuluqla hədələmə, qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması və vergidən yayınma cinayətlərində təqsirli bilinərək, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 30 oktyabr tarixli hökmü ilə 8 il 6 ay həbs cəzası almış "Gündəlik Azərbaycan" və"Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, xuliqanlıq və insan sağlamlığına qəsdən xəsarət yetirmə maddələri ilə ittiham olunan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid və qanunsuz narkotik maddələrin saxlanması ilə ittiham olunan qəzetin əməkdaşı Sakit Zahidovdur.

Amaşov inanır ki, əfv olunan jurnalistlər fəaliyyətləri zamanı peşə kodeksinin tələblərini pozmayacaq, yazılarında kimlərinsə şərəf və ləyaqətini tapdalamayacaqlar. Onun sözlərinə görə, əfvə düşən jurnalistlərin hamısı əfv olunmaq üçün Azərbaycan prezidentinə müraciət etmişdi:

"Çox sevindirici haldır ki, əfv olunan insanlar arasında jurnalistlər də var. Əfv olunan jurnalistlərlə öncə görüşlər keçirmişik. Onların hamısı əfv olunmaq üçün müraciət etmişdilər. Həmin görüşlərdə müzakirələrdən sonra Azərbaycan prezidentinə həmin jurnalistlərin əfv olunması ilə bağlı müraciət etdik".

Azərbaycan prezidentinin əfv fərmanı 119 məhkuma şamil olunub.

Xəbər lenti

Xəbər lenti