...

Əməkdar artist Aygün Bayramova yeni klip çəkdirir

Cəmiyyət Materials 25 Yanvar 2008 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar /müx. TrendLife Türkan İmaməliyeva/

Artıq 6 ildir Opera və Balet Teatrının səhnəsində çıxış edən Xalq artisti Aygün Bayramova yanvarın 27-də növbəti dəfə Leyli obrazını yaradacaq. Məlumdur ki, "Leyli və Məcnun" operasının bu il 100 illiyi qeyd olunur. Yubileylə əlaqədar sənətçi təkcə Azərbaycanda deyil, bəzi xarici ölkələrdə də "Leyli" partiyası ilə çıxış edəcək. Bu barədə TrendLife-a Aygün Bayramovanın özü məlumat verib. Aygün Bayramova bu il xalq mahnılarından birinə klip çəkdirməyi də planlaşdırıb. Nəzərə alsaq ki, Xalq artisti sənətinə çox məsuliyyətlə yanaşır və indiyə qədər heç bir klipi olmayıb, sənətçinin təqdim edəcəyi layihənin maraq doğuracağını indidən güman etmək mümkündür. Rejissor seçiminə gəldikdə isə, müğənni konkret ad söyləməsə də, Ülviyyə Könülün dəst-xəttini bəyəndiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti