...

Realiti şouada olan ab-hava az qalır adamın ağlını başından çıxarsın- "Maşın"ın keçmiş iştirakçısı müğənni Elnarə

Cəmiyyət Materials 30 Yanvar 2008 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /müx. TrendLife Cavid Osmanov/

Artıq iki həftədir ki, "Maşın" şousu xeyli tamaşaçının diqqətini çəkib. Dünən Rəşad Dağlı layihədən Rəhim Rəhimlini uzaqlaşdırdı. Biz "Maşın"ın keçmiş iştirakçılarının orada hansı hislər keçirdiyini bilmək üçün onlara müraciət etdik.

Müğənni İzzət Bağırov: "Mən layihədə cəmi bir gün iştirakçı olmuşam. Şouda iştirak edənlər simalarını itirməmək şərti ilə maşın uğrunda mübarizə aparmalıdırlar. İnanın ki, mənim belə şoulara baxmağa vaxtım yoxdur".

Teleaparıcı Rövşən Cahangirov: "İştirakçılarla şouya qədər münasibətim necə idisə, elə də qalır. Sadəcə, bəzi insanları tanıyırdımsa, orada onların iç üzünü gördüm".

Müğənni Elnarə : "Çox emosional insanam. Tez özümdən çıxsam da, tez də sakitləşirəm. Ona görə də həmin şou da iştirak edəndə bəziləri mənim hərəkətlərimə təəccüblənirdi. Ümumiyyətlə, sizə bir söz deyim ki, şouda olan ab-hava adamın ağlını başından alır".

Müğənni Elariz : "Oyunda necə lazımdır oynamaq lazımdır. Mən layihədə iştirak edəndə, tamaşaçılar məni dəstəkləyirdi. Oyunun bütün qaydalarına əməl edirdim. Həyatda necəyəmsə, oyunda da elə idim".

Xəbər lenti

Xəbər lenti