...

Olimpiadanı qəbul etmək hüququ uğrunda mübarizədə Bakının qalib gəlmək şansını qiymətləndirmək hələ tezdir – BOK prezidenti

Cəmiyyət Materials 6 Fevral 2008 18:24 (UTC +04:00)
Olimpiadanı qəbul etmək hüququ uğrunda mübarizədə Bakının qalib gəlmək şansını qiymətləndirmək hələ tezdir – BOK prezidenti

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir Z.Səfərov / Bakının Olimpiadanı qəbul etmək şansı haqqında danışmaq hələ tezdir. Bu barədə Beynəlxalq Olimpia Komitəsinin prezidenti Jak Roqqe Bakıda keçirilən mətbuat konfransının gedişatında deyib.

O deyib ki, Olimpia yarışlarının başlanmasından çox az vaxt keçib, ididaçıların şanslarının dəyərləndirilməsi bir qədər sonra, ikinci seçmə mərhələsində mümkün olar. Bununla yanaşı, Roqqe, Olimpiada-2012-nin Londonda keçirilməsi, Oyunlar-2014-ün Soçidə keçirilməsi səbəbindən, Oyunlar -2016-nın Avropada keçirilməyəcəyi fikrini rədd edib. "Məsələyə bu cür yanaşma doğru deyil. İddia oyunlarını həqiqətən də ən yaxşı olan udur. Ona qalsa, Pekindən qabaq iki Olimpiada dalbadal Avropada keçirilib. Mən Afinada keçirilən Oyunlar-2004 və iki il sonra Turində keçirilən oyunları nəzərdə tuturam", - Roqqe qeyd edib.

Xəbər lenti

Xəbər lenti