...

Azərbaycanın stolüstü tennis üzrə yığma komandası Cinə gedəcək

Cəmiyyət Materials 12 Fevral 2008 15:48 (UTC +04:00)

Azərbaycan, Şəki,12 fevral / Trend ", müxbir E.Quliyev/ Azərbaycanın stolüstü tennis üzrə böyüklərdən ibarət yığma komandası Şəki şəhərində təlim-məşq toplanışındadır. Yığmanın baş məşqçisi Zudov Aleksandr Nikolayevic çərşənbə axşamı Trend ə bildirib ki, yığma komanda Çində fevralın 28-dən martın 2-dək keçiriləcək dünya çempionatına hazırlaşır. Onun sözlərinə görə, dünya çempionatında Azərbaycan yığmasını,3 -ü qadın olmaqla, 6 idmançı təmsil edəcək. Baş məşqçi dünya çempionatında ən azı 2 qızıl medala iddialı olduğunu deyib.

Yığma komanda təlim-məşq toplanışını fevralın 20-nə kimi davam etdirəcək.

Şəki paytaxt Bakıdan 352 kilometr şimal-qərbdə yerləşir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti