...

Gəncədə orta məktəb direktorlarına töhmət verilib

Cəmiyyət Materials 13 Fevral 2008 12:18 (UTC +04:00)

Azərbaycan, Gəncə, 13 fevral / Trend , müxbir V.Məmmədov/ Gəncə şəhərində üç orta məktəb direktoruna töhmət verilib və onlara sonuncu xəbərdarlıq edilib. Bu barədə çərşənbə günü Trend ə Gəncə şəhər Təhsil İdarəsinin rəis müavini İsmayıl İsmayılov məlumat verib. Onun sözlərinə görə, cəzanın verilməsinin səbəbi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələrində ötən ilki ali məktəbə qəbul imtahanlarında şagirdlərin aşağı nəticələr əldə etməsidir.

Gəncədə töhmət alan məktəblər 9,13, 41 və 43 saylı orta məktəblərdir. Həmin məktəblərdə ötən ilki qəbul faizi 10 faizdən aşağı olub. Gəncə üzrə bu göstərici 27 faizdən yüksəkdir.

Ötən il Gəncədə 3434 nəfər orta məktəbi bitirib. Ümumilikdə 3664-ü ali təhsillərini davam etdirmək üçün sənəd verib. 708 nəfər isə tələbə adını qazanıb.

Gəncədə 46 orta təhsil müəssisəsində 40 mindən artıq şagird təhsil alır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti