Azərbaycan, Bakı, 21 fevral /müx. Türkan İmaməliyeva/
Müğənni Rəşad İlyasov kor bağırsağından əməliyyat olunub. MüğənnininTrendLife-a verdiyi məlumata görə, uzun müddət idi ki, ağrılardan əziyyət çəkirmiş. Ağrıların səbəbini öyrəndikdən sonra əməliyyat olunmağı qərara alıb. Bundan əlavə, əməliyyat zamanı özünün razılığı ilə bədənindən artıq piy qatları da götürülüb.
"Gələn həftədən yenidən yaradıcılıq işlərimə başlayacam. Estrada da sözün əsl mənasında partlayış edəcəm. Əminəm ki, yeni mahnılarım efirə çıxar-çıxmaz, bir çox müğənnilər özlərini çox narahat hiss edəcəklər. Bilirəm ki, paxıllığımı çəkənlər çoxdur" - deyə o bildirib.
Onun sözlərinə görə, heç vaxt dava-dalaşla özünə populyarlıq qazanmayıb: "Heç vaxt ucuz reklam arxasınca qaçmamışam. Dinləyicilərə əsl musiqinin, incəsənətin nə olduğunu göstərənlərin tərəfdarıyam. Qoy qalmaqal edənlər əsl sənət nümayiş etdirsinlər. Yoxsa, bele getsə bir neçə ildən sonra onlar unudulacaqlar".