...

Azərbaycan ombudsmanı ölkə parlamenti qarşısında hesabat verəcək

Cəmiyyət Materials 22 Fevral 2008 12:22 (UTC +04:00)
Azərbaycan ombudsmanı ölkə parlamenti qarşısında hesabat verəcək

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir S.Ağayeva/ Azərbaycanın insan haqları üzrə müvəkkili (ombudsman) Elmira Suleymanova illik hesabatla ölkə parlament qarşısında çıxış etməyə hazırlaşır.

"Ombudsmanın 2007-ci il fəaliyyəti barədə hesabatı hazırdır və fevral ayının sonunda ölkə prezidentinə təqdim olunacaq" - deyə cümə günü jurnalistlərə Suleymanova bildirib.

Azərbaycan ombudsmanı martda Milli Məclisin deputatları qarşısında çıxış etməyə hazırlaşır. Ölkə konstitusiyasına əsasən, insan haqları üzrə müvəkkil hər il parlament qarşısında insan haqlarının müdafiəsi sahəsindəki fəaliyyəti barədə hesabat verir.

Suleymanova hesabatın ictimaiyyət üçün məxfi olduğunu əsas gətirərək jurnalistlərə onuun mahiyyəti barədə məlumat verməyib.

Azərbaycanda İnsan Haqlarının Müdafiəsi İnstitutu beş il bundan əvvəl Avropa Şurasının tələbinə əsasən yaradılıb.

Xəbər lenti

Xəbər lenti