...

Azərbaycan-Norveç muzeyi layihəsinə hazırlıq işləri gedir

Cəmiyyət Materials 22 Fevral 2008 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral /müx. TrendLife Eldar Hüseynzadə/

Sabah "Park İNN" mehmanxanasında "Azərbaycan-Norveç muzeyləri arasında əlaqələr" adlı layihənin açılış mərasimi keçiriləcək. Bu haqda TrendLife-a mədəniyyət və turizm nazirliyinin əməkdaşı Zöhrə Əliyeva xəbər verib. Onun sözlərinə görə Norveçin Mədəniyyət və Kilsə İşləri Naziri Trond Qiske və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri ƏbülfəsQarayevin görüşündə ölkələr arasında yaradılan muzey əlaqələrinin çox dəyərli nəticələri vurğulanmış və nəticədə, ötən il sentyabrın 24 - də Azərbaycan və Norveç muzeyləri arasında əlaqələrin genişləndirilməsi məqsədilə, Muzey Mərkəzi və Stavanger Arxeologiya Muzeyi arasında əməkdaşlıq sazişi imzalanmışdır. Muzey mütəxəssisinin və bərpaçıların iştirak edəcəyi layihədə iki ölkənin muzey işçilərinin və bərpaçı- rəssamların təcrübə mübadiləsi, onların ixtisaslarının, bilik səviyyələrinin artırılması, qarşılıqlı məlumatlandırılması nəzərdə tutulmuşdur.

Tədbirdə mədəniyyət və turizm naziri Qarayevin və Stavanger şəhərinin Arxeologiya Muzeyinin direktoru Harald Yakobsenin də iştirakı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti