...

Bu ilin iki ayı ərzində bir neçə uşaq övladlığa verilib – Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 6 Mart 2008 14:07 (UTC +04:00)
Bu ilin iki ayı ərzində bir neçə uşaq övladlığa verilib – Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir S.İlhamqızı/ Bu ilin iki ayı ərzində uşaq evlərində yaşayan 5-6 uşaq ailələrə övladlığa verilib. Bu barədə Trend ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məlumat verib.

O bildirib ki, Dövlət Komitəsi də daxil olmaqla bir neçə dövlət qurumlarının iştirakı ilə Koordinasiya Şurası yaradılıb və uşaq evlərində, internatlarda yaşayan uşaqların ailələrə verilməsi işinə nəzarət edilir.

Hüseynovanın sözlərinə görə, Dövlət Komitəsi hansı ailələrin övladlığa götürmək imkanlarının olduğunu araşdırır. Həmçinin dövlət tərəfindən bu işə nə qədər vəsaitin ayrılmalı olduğu öyrənilir. "Biz araşdırmalıyıq ki, övladğıla verilən uşaqların düşdüyü ailələrdə normal şərait var, yoxsa yox. Çalışmalıyıq ki, ailələr sonradan uşaqları geri qaytarmasınlar, ona görə uşaqları ailələrə verərkən tələsik qərar çıxarmaq olmaz"-deyə Komitə sədri bildirib.

Onun sözlərinə görə, övladlığa uşaq götürən ailələrə məhz həmin uşağın adına dövlət tərəfindən vəsait ayrılacaq. Eyni zamanda, bu vəsaitin hara, necə sərf olunmasına nəzarət ediləcək.

Xəbər lenti

Xəbər lenti