...

Olimpiya məşəlinin surəti Azərbaycana gələ bilər

Cəmiyyət Materials 7 Mart 2008 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart / Trend , müxbir Z.Səfərov / İki yüz min sayda buraxılmış Olimpiya məşəlinin surəti Azərbaycana da gələ bilər.

Çin KİV - nin məlumatına görə, bu Olimpiya hərəkatının rəmzi "Oyun - 2008" təşkilatçılarının təşəbbüsü ilə yaranıb. Ona böyük tələbat var. Yaxın günlərdə məşəlin rəmzi satışa çıxarılacaq. Dünyanın bütün nöqtələrində yaşayanlar bü rəmzləri əldə edə biləcək. Məşəllərin istehsalında Pekin Olimpiya stadionunun tikintisində istifadə olunmuş metal konstruksiyalardan istifadə olunacaq. Stadion "Quş yuvası" adını alıb. Meydanın tikilməsi artıq sona yetib, rəsmi açılış isə, Oyunlar zamanı olacaq.

Olimpiya məşəlinin qiyməti dörd yüz ABŞ dolları dəyərində olacaq.

Xəbər lenti

Xəbər lenti