...

Mətbuat Şurası "Azadlıq" qəzetinin baş redaktorunun cəzasının yüngülləşdirlməsini xahiş edir

Cəmiyyət Materials 11 Mart 2008 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir S.İlhamqızı/ "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin barəsində çıxarılmış 4 il müddətinə həbs qərarı ilə bağlı Azərbaycan Mətbuat Şurası bu gün Apellyasiya Məhkəməsinə müraciət ünvanlayıb. Bu barədə çərşənbə axşamı Trend a Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

"Azadlıq" qəzetinin baş redaktorunun 4 il müddətinə azadlıqdan məhrum olunması Azərbaycan Mətbuat Şurasını narahat edir"- deyə müraciətdə bildirilir.

Qənimət Zahid ötən ilin noyabrında xuliqanlıqda, bədənə az xəsarət yetirməkdə təqsirli bilinərək saxlanılıb, bu il martın 7-də Bakının Yasamal rayon məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Baş redaktor özünü təqsirli bilmir və həbs qərarından apellyasiya şikayəti hazırlanır.

Müraciətdə Zahidin ölkədə tanınan, müntəzəm yayımlanan bir qəzetin baş redaktoru və həmçinin, öhdəsində 4 övladın olması vurğulanır. Eyni zamanda, qeyd edilir ki, ölkəmizdə dərinləşməkdə olan demokratik proseslərə sayğı baxımından məhkəmənin çıxaracağı yeni hökmdə bunların nəzərə alınması arzu olunandır.

Müraciətdə azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza ilə əvəzlənməsi xahiş edilir.

Xəbər lenti

Xəbər lenti