...

Sülh istəyirsənsə, hərbə həmişə hazır olmalısan – Azərbaycan müğənnisi Xatun

Cəmiyyət Materials 14 Mart 2008 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /müx. "TrendLife" Şahin Cavadsoy/

Bu kəlamı müğənni öz ixtira etməyib. Xatun deyir ki, qədim hərb tarixçilərindən biri bu qənaətə çox düzgün gəlib: "Şou-biznes bütünlüklə qalmaqalların hökm sürdüyü bir aləmdir. Bu dünyanın sakinləri istəmədən kimlərinsə bostanına daş atır. Qoy bu sözlərimi düz başa düşsünlər. Bizim atalarımız da çox gözəl məsəllər söyləyiblər - döymə taxta qapımı, döyməyim dəmir qapını. Xatun səhnəyə gəldiyi gündən bütün həmkarlarından fərqlənib. Yəni, heç kim deyə bilməz ki, mən hansısa müğənninin hesabına gündəmə gəlib, özümə reklam qazanmışam. Bu cür kəskin danışmağımın əsas səbəbi isə səs imkanları olmayan müğənnilərin ağızdolusu sənətdən danışmalarıdır. Hələlik ad çəkmirəm. Amma mesaj göndərirəm ki, əgər kimlərsə yenə mənim adımla reklam olunmağa çalışsalar, onlar cavabsız qalmayacaqlar. Sülhdə yaşamaq istəyirsənsə, həmişə müharibəyə hazır olmalısan. Bu mənim həyatda şüarımdır".

Xəbər lenti

Xəbər lenti