...

Avropa İttifaqı Qafqazda hərbi əməliyyatları dəstəkləməyəcək – avstriyalı alim

Cəmiyyət Materials 26 Mart 2008 21:17 (UTC +04:00)
Avropa İttifaqı Qafqazda hərbi əməliyyatları dəstəkləməyəcək – avstriyalı alim

Avstriya, Vyana, 26 mart/ Trend müxbir A.Əsgərov/ Avropa İttifaqı ölkələri Qafqaz ərazisində olan "dondurulmuş münaqişələrin" güc yolu ilə həllini dəstəkləməyəcəklər. "Avropa İttifaqı ictimaiyyəti Qafqazda hər hansı bir hərbi əməliyyatı dəstəkləməyəcək", - Avstriya Milli Müdafiə Akademiyasının nümayəndəsi Martin Malek Vyanada, Mərkəzi və Şərqi Avropa ölkələrinin azərbaycanlı tələbələrinin Forumunda bildirib.

Erməni-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarının müzakirəsi zamanı doktor Malek bildirib ki, Avropa Qafqazdakı münaqişələrin dinc yolla həllinə və regionda sabitliyin yaranmasına istənilən yardımı göstərməyə hazırdır. Analitik hesab edir ki, Avstriyada Qarabağdakı münaqişə haqqında tam məlumat yoxdur və vəziyyətin düzəldilməsi üçün səylər göstərməyə çağırıb. Azərbaycan Avstriya üçün çox maraqlıdır", - Malek əlavə edib.

Forumda Dağlıq Qarabağ probleminin həllində Azərbaycan gənclərinin fəallıq göstərməyinin vacibliyi vurğulanıb. Azərbaycan Milli Məclisinin deputatı Rövşən Rzayev informasiya müharibəsində erməni diasporasına qarşı dayanmağın vacib olduğunu bildirib. Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev Ermənistan və erməni lobbisi tərəfindən informasiya müharibəsinə müqavimət göstərmək üçün İnternetin imkanlarından istifadə edilməsinin vacibliyini qeyd edib.

Forum iştirakçılarına qatılan Avstriyanın neft-qaz şirkəti OMV-nin Bakı nümayəndəliyyinin rəhbəri Volfqanq Sporrer məruzəylə çıxış edib. Məruzədə o, Mərkəzi Asiya və Azərbaycandan təbii qazın Avropa bazarlarına nəqli üçün qaz kəmərləri sisteiminin tikintisini nəzərdə tutan Nabucco layihəsi haqqında məlumat təqdim edib. Avstriya şirkəti Nabucco üzrə konsorsiumun səhmdarlarından biridir.

Bu mövzuyla əlaqədar debatlarda iştirak edən Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov boru kəmərinə yeni ehtiyat tədarükçülərinin cəlb edilməsi üzrə işlərə vacib rol ayrıldığını qeyd edib. Belə ki, kəmərin doldurulması üçün Azərbaycan qazı kifayət etmir. Buna görə o, layihədə korporasiyanın səviyyəsinin vacib olduğunu və bunun tədarükçülərin iştirakı və ya boru kəmərinin özünün tikintisindən vacib olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti