...

Güclü külək Azərbaycanın Qərb bölgəsində başlayan meşə yanğınının qarşısını almağa imkan vermir

Cəmiyyət Materials 27 Mart 2008 15:41 (UTC +04:00)

Azərbaycan, Daşkəsən, 27 mart/ Trend , müxbir G. Raqifqızı/ Azərbaycanın Qərb bölgəsində yerləşən Daşkəsən rayonunun Çıraqlı kəndində çərşənbə günü günorta saat üç radələrində başlayan və böyük meşə massivini əhatə edən güclü yanğınI indiyədək söndürmək mümkün olmayıb. Trend in məlumatına görə, hadisə nəticəsində təxminən 12 hektar meşə sahəsi tamamilə yanıb.

Güclü külək alovu sürətlə ətrafa yaydığından onun qarşısını vaxtında almaq mümkün olmayıb. Artıq bir sutkadır ki, kənd sakinləri, meşə təsərrüfatının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğınla mübarizə aparır. Lakin ucqar dağların ətəyində yerləşən meşəyə yanğınsöndürən maşınların və digər texnikaların qalxması mümkün olmadığından yanğınla mübarizə aparmaq çətinləşib. Yanğının söndürülməsi yalnız aviasiya qüvvələrinin köməyi ilə mümkün hesab edilir. Lakin hazırda yenə Çıraqlıda külək əsir. Bu isə yanğının daha da sürətlənməsinə səbəb olur.

Sakinlər bildiriblər ki, meşədə yanğına qarşı ən kəsərli vasitə yağışın yağmağı ola bilər.

Sakinlər yanğının meşədə oynayan bir neçə azyaşlı tərəfindən ehtiyatsızlıq nəticəsində törədildiyini söyləyirlər.

Xəbər lenti

Xəbər lenti