...

Xuraman Şuşalının toy ssenarisi

Cəmiyyət Materials 4 Aprel 2008 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel/ Trend / Günel Əhmədova

Xuraman Şuşalı ötən ay ailə həyatı quracağı xəbərləri ilə haqqında yazılan gündəmdəki mövzuları təzələdi. Bu informasiyada toy gününün tarixinin avqustun 8-nə təsadüf etdiyi və mərasimin açıq havada, yaxud meşədə qeyd ediləcəyi bildirilmişdi. Mövzu ətrafında geniş çıxış edən müğənni fürsəti dəyərləndirərək daha sonra bildirmişdi ki, məclisə ona bu günlərdə bağışlanan Qarabağ atı ilə daxil olacaq. Müğənni Rəqsanə uşağının atasının kim olduğunu sirr saxladığı kimi, gələcək həyat yoldaşının kimliyini sirr saxlayan Xuraman Şuşalı toy mövzusunu yaradıcılıq planı şəklində təqdim etmişdi. Dünənə qədər bu mövzuda yazılan yazılar Xuramanın dilindən səslənsə də, bu gün o, şəxsi həyatına müdaxilələrin həddindən artıq olduğunu bildirib. Bu dəfə mövzunu davam etdirən müğənninin prodüseri əvvəlcə qeyd edib ki, nəzərdə tutulan tarix müəyyən səbəblərdən təxirə düşüb. Toyun hansı günə keçirildiyi məlum olmasa da, bəlli olan budur ki, bu mövzuda müğənni artıq danışmaq istəmir.

KİV nümayəndələrinin müğənninin şəxsi həyatına normadan artıq müdaxilə etdiyini diqqətə çatdıran prodüserinin əlavəsinə görə, müğənni onun şəxsi həyatına aidiyyatı olan yazıların əleyhinədir. Xuraman Şuşalının hansı mövzuda danışmaq istədiyi isə yaxın həftələrdə bəlli olacaq.

Xəbər lenti

Xəbər lenti