...

Azərbaycanın nümayəndə heyəti Milli Olimpiya Komitələrinin Baş Assambleyasında iştirak edəcək

Cəmiyyət Materials 4 Aprel 2008 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel/ Trend müxbir C.Babayeva/ Baş Nazirin 1-ci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse - prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri İlham Mədətovdan ibarət Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələrinin 16-cı Baş Assambleyasında iştirak edəcək. Bu barədə Trend -a Nazirliyin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, Assambleyada 2016-cı il Yay Olimpiyasına ev sahibliyi iddiasında olan şəhərlərin nümayədələri də iştirak edəcəklər.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) yanvarın 15-də 2016-cı il Oyunlarının keçirilməsi üçün ərizə iddiasını bitirib. Olimpiada-2016-nın paytaxtı adına Bakı (Azərbaycan), Doha (Qətər), Madrid (İspaniya), Praqa (Çexiya), Rio-de-Janeyro (Braziliya), Çikaqo (ABŞ) və Tokio (Yaponiya) iddia edir. Qalib 2009-cu il oktyabrın 9-da Kopenhagendə müəyyən ediləcək.

Xəbər lenti

Xəbər lenti