...

ABŞ-da daha bir Azərbaycan diaspor təşkilatı yaradılıb

Cəmiyyət Materials 4 Aprel 2008 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend , müxbir S.İlhamqızı/ Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlılar daha bir diaspor təşkilatı yaradıblar. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat veriblər.

Amerikanın qədim şəhəri olan Bostonda təsis edilən Amerika - Azərbaycan Mədəniyyət Mərkəzində, əsasən. Massaçusets statında yaşayan və təhsil alan soydaşlarımız toplaşıblar. Yeni qurumun məqsədi Azərbaycanın tarixi həqiqətlərini, zəngin mədəniyyətini, adət-ənənələrini qorumaq, təbliğ etməkdir.

Mərkəzdə ilk tədbir Novruz Bayramı münasibətilə keçirilib. "Beynəlxalq Azərbaycan gecəsi" adı altında keçirilən bahar bayramında Azərbaycanın mədəniyyəti və adət-ənənələri ilə maraqlanan yerli sakinlər də iştirak ediblər. Tədbirdə Nyu-York şəhərində yerləşən Beynəlxalq Mirvari Fondunun gerçəkləşdirdiyi "Sən məni güldürdün" adlı xeyriyyə layihəsinə maddi dəstək məqsədilə vəsait də toplanıb. Qeyd edək ki, bu layihənin məqsədi Azərbaycandakı kimsəsiz uşaqlara göstərilən tibbi yardımların, cərahiyyə əməliyyatlarının xərclərini ödəməkdir. 5000 ABŞ dollarının toplandığı xeyriyyə aksiyasına, tədbirə dəvət olunan amerikalı qonaqlarla yanaşı, Banglades, Rusiya, Ukrayna, Bolqarıstan, İran, Türkiyəvə Çin nümayəndələri də qatılıblar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti