...

"Soltan bəy" rolunu oynamağa indi də hazıram - xalq artisti Yaşar Nuri

Cəmiyyət Materials 11 Aprel 2008 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel /müx.TrendLife Şahin Cavadsoy/

Növbəti cərrahiyyə əməliyyatı keçirəcək xalq artisti Yaşar Nuri yaradıcılığını davam etdirməyə tam hazırdır. Sənətkar TrendLife-a verdiyi açıqlamasında bildirdi ki, bir daha səhnəyə çıxmayacağı ilə bağlı yayılan bəzi xəbərlər ağ yalandır: "Nə deyilməsindən asılı olmayaraq, özümü çox gümrah hiss edirəm. İnanın, evdə zarafatla uşaqlar mənə deyirlər ki, ay kişi, bəsdi, daha qocalmısan, səhnəyə çıxmaq sənlik deyil. Ancaq həm onlara, həm də bütün şübhəsi olanlara deyirəm ki, dahi Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasında "Soltan bəy" rolunu oynamağa indi də hazıram. Bilənlər bilir ki, Opera və Balet teatrının səhnəsində dəfələrlə bu tamaşada rol almışam. Allah qoysa, növbəti mövsümdə da bəy obrazını canlandırmaq yenə nəsibim olar".

Xəbər lenti

Xəbər lenti