...

Nadir Bayramlı turneyə hazırlaşır

Cəmiyyət Materials 18 Aprel 2008 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel/ TrendLife / Günel Əhmədova

Müğənni Nadir Bayramlı hələ ötən ildən söz verdiyi turneyə hazırlaşır. Müğənninin TrendLife-a bildirdiyinə görə, mayın ilk günlərindən başlayaraq bir neçə bölgədə konsert proqramı ilə çıxış edəcək.

Müğənni daha sonra əlavə etdi ki, səfər proqrammı artıq müəyyən edilib və o, tamaşaçıları qarşısında yeni repertuarla çıxış edəcək. Öyrəndik ki, müğənni "Sevib-sevənlər" adlı mahnı üzərində çalışır və yaxın günlərdə musiqi radio dalğalarında səsləndiriləcək.

Xəbər lenti

Xəbər lenti