...

Azərbaycanda şahmatın kütləviləşdirilməsinə ehtiyac var -Federasiyanın prezidenti

Cəmiyyət Materials 18 Aprel 2008 13:30 (UTC +04:00)
Azərbaycanda şahmatın kütləviləşdirilməsinə ehtiyac var -Federasiyanın prezidenti

Azərbaycan, Bakı, 18 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycanda dünyanın tanınmış qrossmeysterlərinin iştirakı ilə aprelin 20-dən mayın 5-dək şahmat üzrə Qran-Pri turniri keçiriləcək. "Şahmatın inkişafına dair dövlət proqramı qəbul ediləcək", mərhum prezident Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunan şahmat üzrə Qran-Pri turnirinin mətbuat konfransında cümə günü Azərbaycan Milli Bankının İdarə Heyətinin sədri, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov deyib.

Qran-Pri turnirində 10 ölkədən 14 şahmatçı mübarizə aparacaq. Azərbaycanı bu yarışda Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov təmsil edəcək.

Şahmat Federasiyasının prezidenti qeyd edib ki,Azərbaycanda şahmatın kütləviləşdirilməsinə, güclü mütəxəssislərə və yaxşı texniki bazaya ehtiyac var.

Turnir şahmatçıların reytinqinə görə 19-cu dərəcəyə aid edilir. Belə bir turnir Bakıda ilk dəfə təşkil olunur.

Qran-Pri turnirində FİDE-nin prezidenti Kirsan İlümcanovun iştirak edəcəyi də gözlənilir.

Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov qeyd edib ki, turnirin mükafat fondu 162 min avro təşkil edir.

Vitse-prezident Rəcəbov, Məmmədyarov, Maqnus Karlsen kimi qrossmeysterlərin Qran-Pri turnirinin favoritləri olduğunu da əlavə edib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti