...

Elnur axtardığı xanımı tapıb

Cəmiyyət Materials 19 Aprel 2008 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /müx. TrendLife Şahin Cavadsoy/

Gözünüz aydın. Müğənni Elnur da subaylığın daşını atmağa qərar verib. Sənətçi bu xəbəri TrendLife-istifadəçiləri üçün belə izah etməyə çalışdı: "Məncə, hər bir gənc evlənmək haqqında düşünür. Mən də subaylığın daşını atmağa çox qərarlıyam. Xanım pərəstişkarlarımı məyus edəcək xəbər olsa da, deyirəm ki, artıq qız tapmışam. Dəbdəbəli toy çaldırmağı fikirləşmirəm. Yəqin ki, xudmani bir dost məclisi quraram. Dəqiq tarixi isə söyləyə bilmərəm. Vaxtı çatanda media mənsubları da bundan xəbər tutarlar. Ancaq bəri başdan söz verirəm ki, jurnalistlər toyumun ən istəkli qonaqları sırasında olacaqlar".

Xəbər lenti

Xəbər lenti