...

Rəsmi Bakı "Aqo" Qrupunun tövsiyələrininin nəzərə alınacağını deyir

Cəmiyyət Materials 25 Aprel 2008 10:24 (UTC +04:00)
Rəsmi Bakı "Aqo" Qrupunun tövsiyələrininin nəzərə alınacağını deyir

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir Q.Cəbiyev/ Rəsmi Bakı Avropa Şurasının Nazirlər Komitəsinin "Aqo" Qrupunun son hesabatındakı tövsiyyələrini nəzərə alacaq. "Qrupun tövsiyyələri hakimiyyət tərəfindən öyrənilir. Tövsiyyələrdə Azərbaycanın şəraitinə uyğun gələn, dövlətçiliyimizə xidmət edən məsələlərə müsbət yanaşacağıq" cümə günü jurnalistlərə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Aprelin 23-ü "Aqo" Qrupu Azərbaycana və Ermənistana səfərlərinin nəticələrinə dair hesabat hazırlayıblar. Hesabatda "Aqo" Qrupu Azərbaycan hökumətini söz azadlığına dair məsələlərə daha ehtiyatla yanaşamağa çağırıb. Hesabatda qeyd olunub ki, Azərbaycanda media, demokratiya, yerli özünü idarəetmə, azad toplaşmaq sahələrində bəzi qanunlar hələ də qüvvəyə minməyib. Müxalifət və hakimiyyət arasında dialoq qaydaya salınmalıdır. Ölkədə açıq və şəffaf şərait yaradılmalı və Avropa Şurası dəyərlərini təbliğ edən treninqlər təşkil olunmalıdır.

"Aqo" Qrupu Seçki Məcəlləsinə dəyişikliyin edilməsini vacib hesab edir və mitinqlər keçirilən zaman Qeyri-Hökumət Təşkilatlarının qarşılaşdığı problemləri nəzərə alaraq Azərbaycan hökumətini tezliklə "Azad toplaşmaq haqqında" Qanunu qəbul etməyə çağırıb.

"Aqo" Qrupu Azərbaycanın məhkəmə sektorunda kadr islahatlarının həyata keçirilməsini təqdir edir. Lakin bu sahə üzrə yerlərdə hələ də kadr çatışmazlğı mövcud olduğunu deyir.

"Aqo" Qrupu konstitusional bazanın Məhkəmə - Hüquq Şurasına verilməsini, Cinayət Məcəlləsinə dəyişikliyin edilməsini və diffomasiyaya dair qanunun qəbul edilməsininin lazım olduğunu bildirib.

Həsənov deyib ki, "Aqo" Qrupunun rəhbərinin Azərbaycana səfəri zamanı əfv fərmanı ilə 6 jurnalistin azadlığa buraxılmasını müsbət qiymətləndirilsə də, həbsdə olan 3 jurnalistin buraxılması da tövsiyə olunub.

Prezident Aparatı rəsmisi həbsdə olan jurnalistlərin azadlığa buraxılması məsələsinin örənildiyini deyib. Həsənov Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı əfv fərmanının imzalanmayacağını vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti