...

Mstislav Rostropoviç Azərbaycanın dostu idi-konservatoriyanın direktoru Fərhad Bədəlbəyli

Cəmiyyət Materials 28 Aprel 2008 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /müx. TrendLife Safura/

Dünya şöhrətli violonçu, dirijor Mstislav Rostropoviçin ölümündən bir il ötür. Musiqiçi 1927-ci il martın 27-də dünyaya gəlib. Dörd yaşından musiqi ilə məşğul olan, sənətkarı dostları "Violoçel Qaqarin" çağırırdı. O, gözəl musiqiçi olmaqla yanaşı, həm də xeyriyyəçi idi. Ömrünün son günlərində tez-tez Bakıya gələrdi. Konservatoriyanın direktoru Fərhad Bədəlbəyli onun haqqında xatirələrini TrendLife-a danışıb. "İndi bir çoxları fəxr edir ki, Rostropoviç kimi gözəl sənətkarın ifasını canlı dinləyə biliblər. O, Bakıda anadan olub. Tərcümeyi-halında belə bizim şəhərin adı göstərilib. Azərbaycanın dostu olan Rostropoviçlə fəxr etməyə dəyər. 10 il ərzində adıçəkilən sənətkar Bakıda pulsuz master-klas verib. Bu bizim üçün ağır itkidir".

Siyəvuş Kərimi isə öz xatirələrini bu cür paylaşıb. "Rostropoviç bilmirdi ki, onun burda ev-muzeyi var. Əvəssiz sənətkar 80 yaşı olmasına baxmayaraq, sənəti ilə yaşayırdı. Yaşasaydı hələ çox şedevrlər yaradardı".

Qeyd edək ki, M. Rostropoviç Şöhrət ordeni ilə təltif edilmişdi.

Xəbər lenti

Xəbər lenti