...

Azərbaycanda Rusiya ATM-ə qəbul elan edilib

Cəmiyyət Materials 28 Aprel 2008 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel/ Trend müxbir C.Babayeva/ Tələbə Qəbulu üzrə Dövlət Komitəsi 2008/2009-cu tədris ili üçün Rusiya ali təhsil məktəblərinə qəbul elan edib. Bu barədə Trend -a bazar ertəsi, Dövlət Komissiyasından məlumat veriblər.

Məlumata əsasən, Azərbaycan vətəndaşları olan və orta attestat balı (cari ilin məznunları üçün birinci yarım il üzrə orta qiymət balı) 4-dən yuxarı olan abituriyentlər sənəd vermək hüququna malikdirlər. Ali təhsil məktəblərinin tələbələri və ya məzunları olan şəxslər sənəd vermək hüququna malik deyillər.

Test imtahanı 2008-ci il mayın 11-də baş tutacaq, Azərbaycan və rus dillərində aparılacaq.

Rusiya Federasiyası ATM-də təhsil pulsuzdur.

Rusiya ali məktəblərinə daxil olan abituriyentlər, 2008-2009-cu tədris ilində Azərbaycan ATM-ə qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti