...

Şairə Zemfira Əlişqızı dostlarını bir araya yığacaq

Cəmiyyət Materials 2 May 2008 10:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /müx. TrendLife Türkan İmaməliyeva/ Mayın 4-də şairə Zemfira Əlişqızının doğum günüdür. Bu gün ilə əlaqədar şairə təntənəli mərasim keçirməsə də, dost-tanışlarını bir araya yığmağı düşünür. Onun TrendLife-a verdiyi məlumata görə, bu ilin sonuna qədər onun sözlərinə yazılmış mahnılardan ibarət konsert təşkil olunacaq. Tədbir xalq və əməkdar artistlərinin iştirakı ilə keçəcək.

Xatırladaq ki, bu yaxınlarda Zemfira Əlişqızının "Sevgi nağılmış" adlı kitabının təqdimatı keçirilib. Eyni zamanada adıçəkilən şerin adı ilə bağlı yeni albom da bu yaxınlarda işıq üzü görəcək.

Xəbər lenti

Xəbər lenti