Azərbaycan, Bakı, 10 may /müx. TrendLife Günel Əhmədova/
Mədəniyyət və İncəsənət Universitetinin Modelyer və rəssamlıq fakültəsinin müəllimi, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova TrendLife-ın müxbiri ilə söhbətində "Heydər Əliyev və geyimdə stil təcəssümü" adlı filmin yaradılmasının arzusunda olduğunu bildirdi. Onu məlumatına görə, belə bir layihə tezliklə həyata keçiriləcək.
"Heydər Əliyev XX və XXI əsrin fenomenal şəxsiyyətidir. Onun parlaq bacarığı və liderlik xüsusiyyətləri xalqımıza çox yaxındır. Buna görə onun geyimlərini də Mədəniyyət və İncəsənət Universitetində hazırladığıımız stentdə əks etdirməyə çalışdıq".
Eyni zamanda modelyer Heydər Əliyevin qeyri-formal geyim üslublarının olduğunu vurğuladı "Əslində qeyri-formal üslubu seçmək çətindir. Heydər Əliyev yüksək zövqə malik idi və bundan çox professional şəkildə bəhrələnirdi . Onun özünün xüsusi modelyeri olmasa da, özü-özünün modelyeri idi. İctimai görüşlərlə rəsmi görüşlərin geyimlərinə xüsusi diqqət yetirirdi. Rənglərə də xüsusi əhəmiyyət verirdi".