...

"Olimpik" klubunun Çempionlar Liqasındakı rəqibi Xorvatiyanın "Dinamo" komandası ola bilər

Cəmiyyət Materials 13 May 2008 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının qalibi Çempionlar Liqasında yenidən Xorvatiya çempionu olan Zaqreb "Dinamo"su ilə qarşılaşa bilər. Bu, Trend un Avropanın futbol üzrə çempionatlarında mübarizənin başa çatmasından sonra apardığı hesablamalardan sonra məlum olub.

Çempionlar Liqasının ilk təsnifat mərhələsində 28 komanda mübarizə aparacaq ki, onlardan 21-nin adı məlumdur. Bu komandalar UEFA-nın reqlamentinə görə 2 səbətə bölünəcək. Azərbaycanın gələcək çempionunun rəqibi ikinci səbətdən seçiləcək.

Potensial 14 rəqibdən 3-nün adı hələlik məlum deyil. Azərbaycan Premyer-Liqasının çempionu yayda keçiriləcək Çempionlar Liqasının ilk mərhələsində ötən mövsüm "Xəzər-Lənkəran"ı yarışdan kənarlaşdıran Xorvatiya "Dinamo"su ilə üz-üzə gələ bilər. Potensial rəqiblər arasında İsveç "Höteborq"u, Moldova "Şerif"i, Gürcüstan "Dinamo"su və Finlandiyanın "Tampere Yunayted" klubu da var. Azərbaycan klubları əvvəllər bu komandalardan bir çoxu ilə müxtəlif səviyyəli yarışlarda qarşılaşıb.

Azərbaycan Premyer-Liqasında çempionluğa ən yaxın olan klub "Olimpik"dir. Bu komanda çempionatın başa çatmasına iki tur qalmış ən yaxın izləyicisi olan "İnter"i 5 xal qabaqlayır.

Azərbaycanı UEFA kubokunda təmsil edəcək iki klub Avstriya (Vyana "Austriya"sı və Zaltsburq "Austriya"sı) və Polşa ("Legiya" və "Qrotslin") komandaları ilə qarşılaşa bilər. Potensial rəqiblər arasında İsveçrənin "Bellinzona" və Moldovanın "Daçiya" və "Nistru" klubları da var.

Azərbaycanı UEFA kubokunda təmsil etməyə yaxın olan klublar "İnter" və "Xəzər-Lənkəran"dır. Bu komandalar ölkə kubokunun final oyununa vəsiqə qazanıb. "İnter" Premyer-Liqada 2-ci, "Xəzər-Lənkəran" 4-cü pillədə qərarlaşıb.

Çempionlar Liqasının və UEFA kubokunun püşkatması iyunun 27-də keçiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti