...

"Zenit" Şotlandiyanın "Reyncers" klubunu məğlub edərək UEFA Kubokunun sahibi oldu

Cəmiyyət Materials 15 May 2008 02:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend / Mançesterdə keçirilən UEFA Kubokunun final matçı başa çatıb. Bu oyunda Sankt-Peterburqun "Zenit" klubu Şotlandiyanın "Qlazqo Reyncers"ini məğlub edib.

"Zenit" matçın 72-ci dəqiqəsində hesabda irəli çıxıb. Yarımmüdafiəçi İqor Denisov Andrey Arşavindən gözül ötürmə alaraq rəqibin qapıçısı ilə təkbətək çıxıb və ona heç bir şans verməyib.

Əlavə olunmuş vaxtın sonuncu dəqiqəsində isə ruslar daha bir qol vurublar. Bu qolu öz aktivinə Konstantin Zıryanov yazıb.

Bununla da Dik Advokaatın yetirmələri "Reyncers"ə qarşı çox çətin qarşılaşmanı qələbə ilə başa vura biliblər.

"Zenit" tarixində ilk dəfə UEFA Kubokunun qalibi adını qazanıb.

"Zenit" "City of Manchester" stadionunun meydanına bu heyətlə çıxıb:

Qapıçı - Vyaçeslav Malafeyev;

müdafiəçilər - Aleksandr Anyukov, İvitsa Krijanas, Roman Şirokov, Radek Şirl;

yarımmüdafiəçilər - Konstantin Zıryanov, Anatoliy Timoşuk, İqor Denisov, Viktor Fayzulin;

hücumçular - Andrey Arşavin, Fatih Təkkə.

"Reyncers" isə meydana yeganə forvard - fransalı Jan-Klod Darşevillə çıxmışdır.

Xəbər lenti

Xəbər lenti