...

Amerkalı pianoçu Gəncədə gənc musiqiçilər üçün master klass keçib

Cəmiyyət Materials 17 May 2008 15:12 (UTC +04:00)

Azərbaycan, Gəncə, 17 may / Trend müxbir V. Məmmədov/ Amerkalı pianoçu Robert Konvey bu gün Gəncə Dövlət Simfonik Orkestrinin zalında gənc musiqiçilər üçün master klass keçib. Gəncənin musiqi məktəbləri və texnikomlarında təhsil alan 15-ə yaxın pianoçusu amrekalı qonağın məsləhətlərini alıb.

Konveyin bildirdiyinə görə, səfərin məqsədi Azərbaycanda təhsil alan gənc musiqiçilərə təcrübi məşğələlər keçməkdir.

"Azəri pianoçuların səviyyəsindən çox rayzıam. Onlar yerli bəstəkarlarla yanaşı xarici bəstəkarların əsərlərini də məharətlə ifa edirlər" amerikalı pianoçu əlavə edib.

Ustad dərslərdən sonra Robert Konvey gənc skripkaçı Fərhad Haşımovla birlikdə konsert veriblər. Konsertdə Konvey Qara Qarayevin sonatasın ifa edib.

Konveyin Amerika, rus, Qərb bəstəkərların əsərlərini çox sevdiyini, həmçinin Azərbaycan bəstəkardlarından olan Qara Qarayev və Arif Məlikovun əsərlərini də ifa etdiyiyni bildirib.

Konvey Gəncədən əvvəl Sumqayıt və Bakıda konsertlər verib. Amerikalı pianoçunun səfəri ABŞ Dövlət Departamenti və ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilir.

Konvey ABŞ-ın Veyn Dövlət Universitetinin professorudur.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti