...

Keçmiş "Mautxauzen" konslagerində faşistlərin əlindən ölən, azərbaycanlıların xatirəsi yad edilib

Cəmiyyət Materials 18 May 2008 20:44 (UTC +04:00)

Avstriya, Vyana, 18 may / Trend müxbir A.Ələskərəv/ Avstriyada, müxtəlif ölkələrdən olan 122 min nəfərin öldürüldüyü və işgəncə verilən keçmiş "Mautxauzen" konslagerinin ərazisində faşistlərin əlindən ölən, 75 azərbaycanlının xatirəsi yad edilib. Tədbirdə 50 ölkənin nümayəndə heyyəti iştirak edirdi.

Fajizmin qurbanlarının xatirəsini yad etmək üçün, Azərbaycanın Avstriyada səfiri Fuad İsmaylov və hərbi ataşe Kamil Qulievin rəhbərlik etdiyi Azərbaycanın nümayəndə heyəti də gəlmişdir.

"Mautxauzen" kompleksi önünə üç əklil qoyulmuşdur.

Qara daş üzərində azərbaycan və alman dillərində yazılmışdır - "Azərbaycan faşizmə qarşı mübarizədə, burada həlak olmuş övladlarının xatirəsini unutmur".

Bundan sonra ölkələrin nümayəndə heyyətləri matəm musiqisi sədaları altında Atelplatça - "Mautxauzen" əsirlərinin yoxlanılması meydanına doğru gedərək orada da əklil qoydular.

Tədbirdə, Avstriyanın baş naziri Alfred Qussenbauerenin başçılıq etdiyi nümayəndə heyyəti də iştirak edirdi.

Qeyd edək ki, 335 mindən artıq insan "Mautxauzen"-nin dustaqı olub; 122 mindən artıq insan edam olunub (onlardan çoxusu - 32 min nəfəri sovet vətəndaşı olub; onların içində general D.M.Karbışev). İkinci dünya müharibəsindən sonra "Mautxauzen" ərazisində muzey yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti