Azərbaycan, Bakı, 19 may /müx. TrendLife Nigar Musayeva/
"Kapelxaus" alman-azərbaycan mədəniyyət mərkəzində 9-cu sinif şagirdi Nərgiz Muradovanın konserti keçib. Balaca qızcığaz üçüncü sinifdən müxtəlif konsert proqarmlarında çıxış etsə də bu dəfə tamaşaçılar önünə solo konserti ilə çıxmağa qərar verib. Tədbirdə Şopenin etüdləri, Mosartın sonataları, Vaqif Mustafazadənin "Düşüncələr" kompazisiyası səslənib.