Azərbaycan, Bakı, 19 may /müx.TrendLife Şahin Cavadsoy/
Muğam teatrının rəhbəri, əməkdar incəsənət xadimi Arif Qazıyev 17 may tarixində özünün 70 illik yubileyini qeyd etdi. Amma rejissor bununla kifayətlənmək niyyətində deyil. TrendLife-a danışan sənətkar, doğum günü mərasiminin silsilə xarakter daşıyacağını söyləyib: "Mayın 17-də ailə üzvlərimin əhatəsində ad günümü keçirdim. Ayın 21-i rəhbəri olduğum Muğam teatrında, 23-də isə Dövlət Filarmoniyasında 70 illik yubileyim təntənəli şəkildə baş tutacaq. Fürsətdən istifadə edib, ad günümü mənimlə bahəm keçirmək istəyən hər kəsi bu tədbirlərə dəvət edirəm. İstəyirəm ki, hamı sevincimə şərik olsun".