Azərbaycan, Bakı, 20 may /müx. TrendLife Eldar Hüseynzadə/
"Qobustan" muzeyinin direktoru Məlahət Fərəcova bu yaxınlarda ABŞ-dan geri dönüb. Bu haqda TrendLife-a özü danışıb. "İki aydır ki, Konnektikut Universitetində təcrübə keçirdim. Orada qayaüstü incəsənətlə məşğul olan arxeoloqlarla və mütəxəssizlərlə də görüşüm keçdi. Əlbəttəki, bu zaman ərzində qiymətli təcrübəyə sahib oldum. Bundan əlavə yeni ideyalar yarandı. İndi düşünürəm ki, həmin ideyaları həyata keçirim. Qeyd etmək istəyirəm ki, Amerikaya gedişimin əsas məqsədi oradakı professorlarla münasibət yaratmaq idi. Qobustanda arxeoloji işləri amerikalı mütəxəssizlərlə birlikdə aparmaq çox yaxşı olardı".