Azərbaycan, Bakı, 20 may /müx.TrendLife Şahin Cavadsoy/
Hamiləliyinin son günlərini yaşayan müğənni Rəqsanə İsmayılova Mərkəzi Neftçilər Xəstəxanasında müalicəsini ambulator şəraitdə davam etdirir. Bu haqda TrendLife-a sənətçinin prodüseri Nigar Məhərrəmova məlumat verib: "Təşvişə düşməyə heç bir səbəb yoxdur. Çünki, Rəqsanə xanım artıq özünü yaxşı hiss edir. Mayın 25-dən sonra tamaşaçıları qarşısında çıxış etməkdən ötrü maqazin verilişlərində görünəcək".
Qeyd edək ki, müğənni bir neçə gün bundan əvvəl yıxılaraq ayağından zədə aldığı üçün, həkim qapısı döymək məcburiyyətində qalıb.
"Rəqsanə hamiləliyini də normalı keçirir. Yəqin ki, o, ikinci övladını gələn ayın ilk günlərində dünyaya gətirəcək"-açıqlamada prodüseri Nigar Məhərrəmovanın dilindən səslənib.