...

Azərbaycanın işğal olunmuş ərazilərində ATƏT-in tövsiyələri həyata keçirilə bilmir

Cəmiyyət Materials 22 May 2008 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend , müxbir C.Babayeva/ ATƏT-in işğal altında olan Dağlıq Qarabağ və ətraf ərazilərdəki yanğınlarla bağlı tədbirlərin görülməsi haqqında tövsiyələri münaqişə davam etdiyinə görə həyata keçirilə bilmir. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin baş məsləhətçisi Arif İsgəndərov bildirib.

2006-cı ildə Yanğınların Monitorinqi üzrə Ümumdünya Mərkəz, BMT-nin ətraf mühit üzrə proqramı, Avropa Komissiyası, AB, Avropa Şurası eskpertləri və yerli ekspertlərin daxil olduğu ATƏT-in missiyası yanğınların bölgəyə vurduğu ekoloji ziyanın qiymətləndirilməsi məqsədilə monitorinq aparıb. Monitorinqin nəticəsinə əsasən, ətraf mühit sahəsində tədbirlərin görülməsi haqqında tövsiyələr hazırlanıb.

Keçən həftə Azərbaycan parlamentinin deputatları Ermənistan tərəfindən işğal olunan ərazilərdə ermənilərin törətdikləri yanğınlarla bağlı beynəlxalq təşkilatların nümayəndələri və xarici ölkə səfirlərinin iştirakı ilə parlamentdə müzakirə aparılmasını tələb ediblər.

İsgəndərovun sözlərinə görə, işğal altında olan ərazilərdə törədilən yanğınlar nəticəsində Azərbaycana 2006-cı ildə 159 mln., 2007-ci ildə 15 mln. manat məbləğində ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti