...

"Eurovision-2008" müsabiqəsində debüt edən Azərbaycan səkkizinci yeri tutdu

Cəmiyyət Materials 25 May 2008 14:10 (UTC +04:00)
"Eurovision-2008" müsabiqəsində debüt edən Azərbaycan səkkizinci yeri tutdu

Azərbaycan, Bakı, 25 may / TrendLife / Belqraddakı "Belqrad arena" kompleksi çoxsaylı hazırlıqlar, habelə iki yarımfinaldan sonra sayca 55-ci olan "Eurovision-2008" müsabiqəsinin kulminasiya nöqtəsinə tamamilə hazır idi. TrendLife-ın verdiyi xəbərə görə, final gecəsinə satılan biletlərin sayı 18 minə çatdı və bu, müsabiqənin tarixində rekord həddi oldu. Böyük layihənin geniş miqyaslı xarakter daşımasına 100 milyonluq tamaşaçı auditoriyası dəlalət edirdi. Məlumat üçün bildirək ki, "Eurovision-2008"in əsas mükafatını dizayner Kjell Engman hazırlayıb. Mükafat şüşədən hazırlanmış klassik mikrofon idi.

Final elan etmək hüququ serbiyalı Mariya Şerifoviçə nəsib oldu. Mariya ötən il "İbadət" adlı mahnı ilə Helsinkidə keçirilən müsabiqədə ölkəsinə qalibiyyət gətirdi. Şerifoviçin ardınca səhnəyə növbə ilə Rumıniya, Böyük Britaniya, Albaniya, Almaniya, Ermənistan, Bosniya və Herseqovina, İsrail, Finləndiya, Xorvatiya, Polşa, İslandiya, Türkiyə, Portuqaliya, Latviya, İsveç, Danimarka, Gürcüstan, Ukrayna, Fransa, Azərbaycan, Yunanıstan, İspaniya, Rusiya və Norveç təmsilçiləri çıxdılar. Finalda intriqa sonadək davam etdi. Nəticədə sms-lərin sayına görə "Eurovision-2008"-də rusiyalı Dima Bilan qalib gəldi. İkinci yer ukraynalı Ani Lorak, üçüncü isə yunan Kalomiraya nəsib oldu. Müsabiqədə ilk dəfə iştirak edən Azərbaycana gəldikdə isə Elnur Hüseynovla Samir Cavadzadənin ifa etdikləri "Day after Day" mahnısı bizə səkkizinci yeri gətirdi. Ölkəmizin belə bir möhtəşəm layihəyə ilk dəfə qatıldığını nəzərə alsaq, bu çıxışı uğurlu saymaq olar!

Azərbaycanlı müğənnilərinin çıxışına maksimal xalı (12 xal) Türkiyə və Macarıstan veriblər. Müvafiq olaraq Rusiya, Ukrayna və Çexiya -10, Makedoniya, Belarus və Moldova - 8, Belçika, Litva, Gürcüstan, Andorra və Polşa - 7, Latviya - 4, Bolqarıstan, İsrail və Yunanıstan - 3, Rumıniya və Niderland -2, Almaniya və Sloveniya -1 xal veriblər.

Ölkəmizə heç bir xal verməyən dövlətlər isə bunlardı: Böyük Britaniya, Estoniya, Bosniya və Herseqovina, Albaniya, San-Marino, Serbiya, Kipr, İslandiya, Fransa, Portuqaliya, Norveç, Ermənistan, İspaniya, Malta, İrlandiya, İsveçrə, Finləndiya, Xorvatiya, İsveç, Çernoqoriya və Danimarka.

Xəbər lenti

Xəbər lenti