...

Model seçməyin məsuliyyətini indi-indi anlayıram - Best Model Azərbaycanın prezidenti müğənni Ruhi

Cəmiyyət Materials 26 May 2008 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /müx.TrendLife Şahin Cavadsoy/

Noyabr ayında keçirilməsi nəzərdə tutulan Best Model Azərbaycan yarışmasının rəhbəri müğənni Ruhi çox gərgin iş rejimi ilə müsabiqəyə hazırlıq görür. Sənətçi deyir ki, Best Model of the World - 2008 yarışmasına layiqli iştirakçılar göndərməkdən ötrü gecəsini-gündüzünə qatıb: "Model seçməyin məsuliyyətini indi-indi anlayıram. Əvvəllər elə düşünürdüm ki, bu o qədər də yorucu iş olmayacaq. Lakin ruhdan da düşmürəm. Ətrafımda çalışan peşəkar komanda mənə öz köməkliklərini göstərirlər".

Ruhi, bəzi qəzetlərdə yazılan məlumatları yalan adlandırıb, müsabiqənin mütləq şəkildə keçiriləcəyini əminliklə söylədi: "Kimlərin pis niyyətləri varsa, gözlərində qalacaq. Çünki, biz ancaq işlərimizin qaydasında getməsinə çalışırıq. İnanın o qədər mane olmaq istəyən adamlar var idi ki, arzularına çatmadılar. Uzun sözün qısası müsabiqəni necə ərsəyə gətirəcəyimizi vaxt özü göstərəcək. Odur ki, hamılıqla gözləməyimiz məsləhətdir".

Xəbər lenti

Xəbər lenti