Azərbaycan, Bakı, 26 may/müx.TrendLife Fərid Sadıqov
Dənizkənarı Bulvar İdarəsi ilə Bakı Uşaq Teatrı arasında xeyli vaxtdır davam edən mübahisə nəhayət birincinin qələbəsilə başa çatıb. Bulvar İdarəsinin rəhbərliyinin göstərişi ilə Bakı Uşaq teatrının yerləşdiyi bina darmadağın edilərək sökülüb.
Teatrın direktoru İntiqam Soltan TrendLife-a bildirib ki, bundan sonra harada fəaliyyət göstərəcəkləri məlum deyil. Çünki teatr yer üçün Mədəniyyət vəTurizm Nazirliyinə müraciət etsə də, müsbət cavab ala bilməyib.
İntiqam Soltanın sözlərinə görə, Bakı uşaq Teatrı 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü ilə bağlı tədbirlər planı hazırlamışdı. Amma teatrın binası darmadağın edildiyindən kollektiv uşaqlar üçün hazırladığı tamaşaları tədim edə bilməyəcək.